PSJ futbolçularına Çempionlar Liqasını qazanacaqları halda böyük məbləğdə mükafat veriləcək.
Bizim.Media xəbər verir ki, Fransa təmsilçisi mayın 30-da turnirin finalında "Arsenal"la qarşılaşacaq.
L’Équipe nəşrinin yaydığı məlumata görə, qələbə qazanılacağı təqdirdə hər futbolçu təxminən 1 milyon avro mükafat alacaq. Bildirilir ki, ötən il Paris klubunun ÇL-də "Inter"i 5:0 hesabı ilə məğlub edərək kuboku qazandığı vaxt da eyni məbləğ ödənilmişdi.
Mənbənin məlumatına görə, əksər böyük Avropa klublarında olduğu kimi, bonus məsələləri mövsümün əvvəlində müzakirə olunub. PSJ rəhbərliyi ilə danışıqları komandanın kapitanları – Markinyos, Əşrəf Hakimi, Usman Dembele və Vitinya aparıb.
Qeyd olunur ki, Liqa 1-də futbolçulara yalnız çempionluq halında bonus verilir. Eyni prinsip Çempionlar Liqasında da tətbiq olunur. Klub rəhbərliyi hesab edir ki, əsas motivasiya pul yox, qazanılan titullar olmalıdır. (qol.az)
Bizim.Media







































































































