Masazır sakini "Barselona"ya görə oğurluğa başladı (VİDEO)

Hazırda oxunan: Masazır sakini "Barselona"ya görə oğurluğa başladı (VİDEO)

99666
Mərc oyunlarında uduzan Qazax sakini kirayə qaldığı evin sahibindən pul və qızıl oğurlayıb.xa0


Masazır qəsəbə sakini Gülnar Muradova Abşeron rayon polis idarəsinə ərizə ilə müraciət edərək mənzilindən 6500 manat dəyərində qızıl-zinət əşyaları və 2250 manat nağd pulunun oğurlanması barədə əlumat verib. Əməliyyat tədbirlərinə başlayan polis hadisəni törətməkdə şübhəli bilinən Qazax rayon sakini 39 yaşlı Rəmzi Əliyevi saxlayıb.


Qeyd edək ki, Gülnar Muradovanın həyətindəki evdə kirayə yaşayanxa0 Rəmzi Əliyevxa0 3 il bundan əvvəl mərc oyunlarındaxa0 3 min manat uduzandan sonra çıxış yolunu oğurluq etməkdə görüb.


Rəmzi Əliyev - saxlanılan şəxs: "Futbol mərcində variant yazıb 3000 manat pul uduzdum. O borcumu qaytarmaq üçün bu hərəkəti elədim. "Barselona" - "Real" oyununda Barsaya pul atmışdım, oyun 2-2 qurtardı".


Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır. (Region TV)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin