“Tövsiyə etmişik ki, ay uşaq, özün seç, düzgün qaydanı”x9d

Hazırda oxunan: “Tövsiyə etmişik ki, ay uşaq, özün seç, düzgün qaydanı”x9d

96884
Bir neçə gündür ki, sosial şəbəkələrdə və mediada orta məktəb dərsliklərində çap olunan materiallar geniş müzakirələrə səbəb olub.

Moderator.az xəbər verir ki, bu gün 6 nömrəli məktəb-liseydə “Ana dili”x9d dərslikləri ilə bağlı mətbuat konfransı keçirilib. Təhsil Problemləri İnstitutunun direktor müavini Ənvər Abbasov dərsliklərin standartların tələbinə uyğun yaradılmalı olduğunu bildirib. Çıxışında Azərbaycan dili dərsliyindəki materiallara xüsusi toxunan direktor müavini dərsliyin standartlarını böyük bir komisiyanın işlədiyini vurğulayıb. Daha sonra çıxış edən 8-ci sinif “Ana dili”x9d dərsliyinin həmmüəllifi Samirə Bektaşi dərslikdə uşaqların müqayisə bacarıqlarının inkişafına xüsusi diqqət verildiyini qeyd edib: "Uşaq müqayisələrlə hər şeyi özü müəyyən etməlidir. Biz hesab edirik ki, düz yolu seçmişik. Dərslik hazırlanan zaman qabaqcıl ölkələrin dərsliklərinə nəzər salınıb. Bu kimi müqayisəli materiallar dünya praktikasında da müşahidə olunur. Dərsliklər auditoriyanın səviyyəsi nəzərə alınaraq hazırlanıb. Uşaqların bugünkü danışığını ədəbi dillə müqayisə etdik. Mətnin sonunda da tövsiyə etmişik ki, ay uşaq, özün seç düzgün qaydanı. Mən düşünürəm ki, biz bu yolda şagirdlərə nitq fəaliyyətini və mədəniyyətini öyrətmək üçün düzgün yol seçmişik”x9d.

Dərslikləri Qiymətləndirmə Şurasının sədri Elmira Kazımzadə çıxışında 8-ci sinin Azərbaycan dili kitabının qiymətləndirilmədən keçdiyini, 120-dən yuxarı bal aldığını qeyd edib. Konfranda iştirak edən Tədris Resursları şöbəsinin müdir müavini Əsgər Quliyev çıxışında dərslikdə nümunə kimi verilən “Dəli KÜR”x9d romanından hissəyə toxunub: “Son vaxtlar 10-cu sinif “Ana dili”x9d dərsliyində Xalq yazıçısı İsmayıl Şıxlının “Dəli Kür”x9d romanından bir parça müzakirə olunur. Sadəcə, romandan verilən ifadələr şagirdə həmin ifadələrin harada, necə və nə üçün işlədilməsini müəyyən etmək üçün təqdim olunur. Cəmiyyət necədirsə, dil də elədir. Necə ki, cəmiyyətdə yaxşı və pis insanlar var, eləcə də dildə yaxşı və pis ifadələr var. Həmin ifadələr dərslikdə ona görə çap olunmur ki, uşaq danışığında istifadə etsin”x9d.

Son olaraq bildirilib ki, gələcəkdə orta məktəb dərsliklərində olan materiallarının hazırlanmasına daha həssas yanaşılacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin