Düşmən himni və ya bayrağına hörmət etmək lazımdırmı?

Hazırda oxunan: Düşmən himni və ya bayrağına hörmət etmək lazımdırmı?

73826

Azərbaycanın tanınmış idmançısı Bəxtiyar Abbasovun Moskvada keçirilən Anatoli Xarlampiyevin xatirəsinə həsr olunmuş sambo üzrə Dünya Kubokunda  erməni himninin səslənməsi zamanı oturması ictimai rəydə fərqli mülahizələrə səbəb olub.

Maraqlıdır, düşmənin himninə, bayrağına, dövlətçilik atributlarına hörmət etmək lazımdırmı? Düşmən himni və ya bayrağına edilən hörmətsizlik təqdir edilməli, yoxsa qınanılmalıdır?

Bununla bağlı Moderator.az-a açıqlama verən AXP sədri Pənah Hüseynli beynəlxalq tədbirlər zamanı əvvəlcədən müəyyən edilən qaydalara əməl etməyin zəryriliyini vurğuladı:

"B.Abbasovun məsələsi ilə bağlı sadəcə idmançının özünün və yaxınlarının dediyi ilə kifayətlənməyi doğru hesab edirəm. Ümmiyyətlə götürəndə isə, deməliyəm ki, beynəlxalq yarışlar və digər tədbirlər qaydalara tabedir. Əgər beynəlxalq tədbirlərin qaydalarını qəbul edib orada iştirak edirsənsə, o zaman bu qaydalara əməl etmək lazımdır. Lakin bəzən müxtəlif səbəblərdən kimsə özünü daha emosional apara bilər ki, bu amil də nəzərə alınmalıdır".

 

Seymur Əliyev 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin