ABŞ Prezidenti Donald Tramp İranın neft nazirinin istefa verdiyini və ölkədə iqtisadi vəziyyətin ağır olduğunu bildirib.
Bizim.Media xəbər verir ki, Tramp jurnalistlərə açıqlamasında İranın neft nazirinin “Bizim iqtisadiyyatımız yoxdur, neftimiz yoxdur, heç nəyimiz yoxdur” sözlərini deyərək istefa verdiyini iddia edib.
ABŞ lideri son bir neçə gündə böyük həcmdə neft tədarükünün həyata keçirildiyini də bildirib.
Onun sözlərinə görə, hazırda neftin buraxılış həcmi müharibədən əvvəlki səviyyələrə çatıb, bəzi hallarda isə həmin göstəricini də ötüb.
Tramp ABŞ dollarının güclü olduğunu və bunun ölkədə vəziyyətin yaxşı olması ilə bağlı olduğunu deyib. O, həmçinin güclü dolların inflyasiyaya səbəb olmadığını bildirib.
“Düşünürəm ki, hər şey bizim üçün çox yaxşı olacaq. Mənim mitinqlərim həqiqətən vəziyyəti dəyişir”, – deyə Tramp əlavə edib.
Bizim.Media


































































































