Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Fransada etiraz aksiyaları zamanı gənclərə qarşı güc tətbiq edilməsinə münasibət bildirib.
Bizim.Media xəbər verir ki, Zaxarova Telegram kanalında Fransadakı vəziyyəti tənqid edib.
“Parisdə polisin öz gənclərinə güc tətbiq etməsi normaldır. Yelisey sarayının insan haqları və narahatlıqları ilə bağlı vəziyyət necədir? Kaya Kallası və “möhtəşəm bağın digər sakinlərini eşitmirəm. Səsinizi çıxarın”, – deyə Rusiya XİN sözçüsü yazıb.
Qeyd edək ki, Fransada məktəblilərin və gənclərin iştirakı ilə keçirilən etiraz aksiyalarında polis müdaxiləsi və güc tətbiqi müzakirələrə səbəb olub.
Bizim.Media


































































































