Paşinyan: "Şakidə saxlanılan azərbaycanlı hərbçi Ermənistanda qalacaq"

Hazırda oxunan: Paşinyan: "Şakidə saxlanılan azərbaycanlı hərbçi Ermənistanda qalacaq"

640790

Ermənistanın Baş naziri Nikol Paşinyan sərhədi keçərək Şakidə saxlanılan azərbaycanlı hərbçinin bir müddət Ermənistanda qalacağını bildirib.

Bizim.Media xəbər verir ki, Paşinyan bu barədə “Infocom” nəşrinin “Ctrl Z” proqramına müsahibəsində danışıb.

“Cinayət işi çərçivəsində prosedurlar Ermənistanda həyata keçiriləcək. İstintaq davam edir, hazırda o, həbsdədir”, - deyə Paşinyan bildirib.
 

Hərbçinin mümkün mübadiləsi ilə bağlı suala cavab verən baş nazir konkret mövqe açıqlamayıb. O, bununla bağlı hipotetik olaraq erməni hərbçinin gələcəkdə digər tərəfə keçməsi halında yarana biləcək vəziyyəti nümunə göstərib.


Paşinyan həmçinin bildirib ki, hadisə baş verən zaman azərbaycanlı hərbçinin Ermənistan ərazisinə keçməsinə dair sübut olmayıb. Onun sözlərinə görə, buna baxmayaraq, Azərbaycan tərəfi hərbçinin itkin düşməsi barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinə məlumat verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin