Noyabrın 9-da Dövlət Bayrağı Günüdür. ATU-nun dosenti, dekan müavini olmaqla bərabər özünəməxsus qələmi də olan Hüseyn Mirzə bu əlamətdar təqvim gününə həsr etdiyi şeiri təqdim edirik:
Bayrağımız
Bayrağımız üç rəngdir,
Gör necə də qəşəngdir!
Mavi, qırmızı, yaşıl
Bir-birinə ahəngdir!
Səkkiz guşə ulduzu,
Yanında ayparası!
Ulduzlu, aylı göy tək,
O, əbədi qalası!
Mavi rəng ”“ türkçülük - soyum!
Yaşıl ”“ dinim, imanım!
Qırımızı ”“ çağdaşlıqdır,
Gələcəyə inamım!
Eni uzunluğunun
Yarısıdır, yarıdır!
O, hər vətən oğlunun
İlk sevgisi, yarıdır!
Ətrafında saçaqlar,
Olsa düşmən çəpəri.
Sərhədləri keçməyə,
Düşmən tapmaz təpəri!
Bütün dünya tanıyır,
Dövlətimi, ta dinməz!
Bayrağım qalxdı, demək,
Bilin ki, daha enməz!
Hüseyn MİRZƏ
09.11.2012




































































































