İslam Ticarət və İnkişaf Palatasının (ICCD) İdarə Heyətinin yeni fəaliyyət dövrünün Türkiyənin paytaxtı Ankarada keçirilən ilk iclası çərçivəsində “Qlobal Halal Bazarında Dayanıqlı Kənd Təsərrüfatı Biznes İmkanı” mövzusunda keçirilən dəyirmi masada Palatanın Baş katibi Yusif Həsən Xələvi və Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev açılış nitqləri ilə çıxış ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Sahibkarlar Konfederasiyası məlumat yayıb.
M.Musayev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən kənd təsərrüfatının inkişafına dair keçirilmiş son müşavirə və qəbul edilən strateji qərarlar bu sahəyə yeni impuls vermişdir.
Bu yanaşma aqrar sektorun yalnız daxili bazar üçün deyil, həm də ixrac yönümlü güclü iqtisadi sahəyə çevrilməsini hədəfləyir.
Azərbaycan Sahibkarlar Konfederasiyasının Baş katibi Ziya Hacılının moderatorluğu ilə keçirilən dəyirmi masada halal və dayanıqlılıq iddialarında istehlakçı etimadını gücləndirmək üçün rəqəmsal izləmə alətlərindən istifadə, aqrotexnologiya və emal investisiyalarını dəstəkləmək üçün "Salam" və "İstisna" kimi şəriətə uyğun maliyyə alətlərinin tətbiq edilməsi, İƏT üzv dövlətlərindən ilk pilot layihələr qrupunun müəyyənləşdirilməsi və onların Bakıda keçiriləcək Dayanıqlı Kənd Təsərrüfatı Forumunda təqdim olunması kimi məsələlər müzakirə edilib. (İqtisadiyyat.az)








Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:58 / 30.06.2026
İslam Ticarət və İnkişaf Palatasının Ankarada iclası keçirilib - FOTO
Hazırda oxunan: İslam Ticarət və İnkişaf Palatasının Ankarada iclası keçirilib - FOTO
Hazırda oxunan: İslam Ticarət və İnkişaf Palatasının Ankarada iclası keçirilib - FOTO
622417
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































