Pakistanda tədris mərkəzinin tavanı uçdu – Uşaqlar dağıntılar altında qaldı - VİDEO

Hazırda oxunan: Pakistanda tədris mərkəzinin tavanı uçdu – Uşaqlar dağıntılar altında qaldı - VİDEO

622472

Pakistanın Lahor şəhərində tədris mərkəzinin tavanının uçması nəticəsində 14 uşaq həlak olub.

Bizim.Media xəbər verir ki, bu barədə yerli fövqəladə hallar üzrə xidmət orqanlarına istinadən "DAWN" qəzeti məlumat yayıb.
 

Hadisə Kahna rayonunda baş verib. Xilasedicilər dağıntılar altından 14 azyaşlının cəsədini çıxarıblar. Xilasetmə xidmətinin nümayəndəsi qeyd edib ki, qurbanların sayı arta bilər, dağıntılar altında qalan digər uşaqların vəziyyəti isə kritik olaraq qiymətləndirilir.


Yaşayış binasında tədris mərkəzi kimi fəaliyyət göstərən tikilinin tavanı qəfil uçaraq oradakı uşaqların üzərinə tökülüb. Mövcud məlumatlara görə, hadisə baş verən an binada 30-35 uşaq olub.

Hadisə yerində axtarış-xilasetmə işləri davam edir. Zərərçəkənlərə tibbi yardım göstərilir, uçqunun səbəbləri araşdırılır.

Hadisə ilə bağlı binanın sahibi də daxil olmaqla, iki nəfər həbs olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin