Samvel Karapetyan: "Robert Köçəryanla bölüşəcək heç bir şeyimiz yoxdur"

Hazırda oxunan: Samvel Karapetyan: "Robert Köçəryanla bölüşəcək heç bir şeyimiz yoxdur"

622432

“Güclü Ermənistan” blokunun lideri Samvel Karapetyan siyasi mübarizənin ən qızğın vaxtında qardaşının ölkədən kənara istirahətə getməsi ilə bağlı ittihamlara münasibət bildirib.

Bizim.Media xəbər verir ki, jurnalistlərə açıqlama verən S.Karapetyan qardaşının siyasi proseslərdə iştirak etmədiyini vurğulayıb:

"Mənim qardaşım hazırda istirahət edir. O, elə ilk gündən heç bir siyasi prosesdə iştirak etməyib, ona görə də onun istirahət etmək hüququ var. İstirahət edib-etməmək onun öz şəxsi qərarıdır".

Müxalifətin liderliyi uğrunda sabiq prezident Robert Köçəryanla aralarında hər hansı bir rəqabətin olub-olmaması barədə sualı cavablandıran partiya sədri qeyd edib ki, bu məsələdə tərəflər arasında heç bir ixtilaf yoxdur:

"Köçəryan öz bloku ilə birlikdə müxalifətin lideridir, mən isə öz blokumuzun lideriyəm. Bizim bölüşəcək heç nəyimiz yoxdur. Parlamentə daxil olub-olmayacağımızla bağlı qəti qərar verəndə, bunu hamı biləcək. Hazırda bu barədə yekun qərar yoxdur, lakin atılacaq növbəti addımlar var və biz onları qiymətləndirəcəyik. Bizim üçün ən önəmlisi Paşinyanı hakimiyyətdən tez bir zamanda kənarlaşdırmağa imkan verəcək doğru yolu tapmaqdır və həmin yolu da seçəcəyik".

Karapetyan kənardan gələn məsləhətlərə və ortalığa atılan tezislərə əhəmiyyət vermədiklərini diqqətə çatdırıb:

"Biz öz qərarlarımızı müstəqil şəkildə qəbul etmək iqtidarındayıq, ona görə də insanlara bu şayiələrə vaxt itirməməyi məsləhət görürəm. Biz öz seçicilərimiz və komandamızla məsləhətləşərək yeganə doğru qərarı verəcəyik. Planlarımız isə bəllidir: partiyamız var, Paşinyanı devirəcəyik, daha sonra isə yeni hökuməti quracağıq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin