Velosipedçini “Prius”la öldürən sürücüyə bu cəza verildi

Hazırda oxunan: Velosipedçini “Prius”la öldürən sürücüyə bu cəza verildi

622399

Lənkəran rayonunda ağır yol-nəqliyyat hadisəsi törətmiş 2002-ci il təvəllüdlü Cavid Səfərlinin məhkəməsi keçirilib.

Bizim.Media xəbər verir ki, Göyşaban kəndi ərazisində “Toyota Prius” markalı avtomobillə velosipedlə hərəkət edən Yuxarı Nüvədi kənd sakini 1976-cı il təvəllüdlü Rasim Cəbrayıl oğlu Teymurovu vurub öldürən gəncə hökm oxunub.

Bildirilib ki, R.Teymurov Lənkəranda özəl şirkətlərin birində mühafizəçi işləyirmiş və işə velosipedlə gedib-gəlirmiş. Hadisə də həmin zaman baş verib.

Lənkəran Rayon Məhkəməsi C.Səfərlini Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə təqsirli bilib. Ona 2 il 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 il müddətə azadlıqdan məhrumetmə cəzası verilib. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi qeyd edilib. (Qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin