TDT-yə üzv ölkələrin dini qurumlarının rəhbərləri Şuşa Kommünikesini İMZALADILAR – FOTO

Hazırda oxunan: TDT-yə üzv ölkələrin dini qurumlarının rəhbərləri Şuşa Kommünikesini İMZALADILAR – FOTO

622463

TDT-yə üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci Görüşünün nəticələrinə dair Kommünike imzalanıb.

Bizim.Media xəbər verir ki, sənəddə Türk dövlətləri arasında dünyəvilik prinsipləri əsasında dövlət-din münasibətlərinin inkişaf etdirilməsi, dini sahədə təcrübə mübadiləsinin genişləndirilməsi, dini təhsil sahəsində əməkdaşlığın inkişafı, gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi, ailə institutunun möhkəmləndirilməsində qadınların rolunun artırılması, o cümlədən rəqəmsal informasiya mühitində dini maarifləndirmənin gücləndirilməsi ilə bağlı müddəalar öz əksini tapıb.
 

Bununla yanaşı, Kommünikedə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində tarixi-dini və mədəni irsin bərpasına dəstəyin ifadə edilməsi, türk coğrafiyasında məzhəblərarası anlaşma və İslam həmrəyliyinin təşviqi, Türk-İslam mədəni irsinin beynəlxalq səviyyədə təbliği, həmçinin dini radikalizm, ekstremizm, terrorizm, islamofobiya və digər destruktiv təzahürlərə qarşı birgə mübarizənin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.


Eyni zamanda, tədbirin yüksək səviyyədə təşkilinə göstərilən dəstəyə, yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, habelə Azərbaycan hökumətinə və əlaqələndirmə prosesinə verdiyi töhfə ilə əlaqədar Türk Dövlətləri Təşkilatının Katibliyinə minnətdarlıq ifadə olunub.

Sonda növbəti görüşün 2027-ci ildə Qazaxıstan Respublikasında keçirilməsi ilə bağlı qərar qəbul olunub.

Daha sonra qonaqlar Şuşa şəhərinə gəzintiyə çıxıblar. Mərkəzi meydanda güllələnmiş büstlərlərlə, Yaradıcılıq mərkəzində "Heydər Əliyev və Qarabağ” fotosərgisi ilə tanış olublar.

Onlar həmçinin Xanqızı Natəvanın imarətini, Şuşa Qalasını, Aşağı və yuxarı Gövhər ağa məscidini və Cıdır düzünü ziyarət ediblər.

















Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin