Qaraçuxurda su borusu təmirdən bir gün sonra PARTLADI - VİDEO

Hazırda oxunan: Qaraçuxurda su borusu təmirdən bir gün sonra PARTLADI - VİDEO

622379

Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində aparılan təmir işlərindən az sonra yenidən yaranan problem sakinlərin narazılığına səbəb olub.

Bizim.Media xəbər verir ki, bu barədə oxu.az-ın qaynar xəttinə müraciət daxil olub.

Vətəndaş bildirib ki, Zaur Şərifov küçəsi, bina 5-in qarşısında aidiyyəti qurumlar tərəfindən su və ya kanalizasiya xətlərində təmir işləri aparılıb.

İşlər başa çatdıqdan cəmi bir gün sonra ərazidə boru partlayıb:

"Nəticədə bu gün səhər saatlarından etibarən bütün məhləni su basıb. Binanın ətrafı və həyəti tamamilə su altında qalıb. Sakinlərin, eləcə də nəqliyyat vasitələrinin hərəkəti demək olar ki, iflic vəziyyətinə düşüb".

Oxu.Az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, sözügedən ünvanda tullantı su xəttinin birləşmə nöqtəsində iki gün əvvəl qəza baş verib.

"İlkin təmir işləri aparıldıqdan sonra borunun digər hissəsində baş verən yeni qəza şəbəkədə daşmaya səbəb olub. Ötən gün tullantı su xəttində əsaslı təmir işləri həyata keçirilib, qəzalı hissələr yeni borularla əvəz olunub və problem aradan qaldırılıb", - deyə məlumatda bildirilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin