Əraqçinin Livana səfəri qəfil LƏĞV EDİLDİ

Hazırda oxunan: Əraqçinin Livana səfəri qəfil LƏĞV EDİLDİ

622477

Bu gün İranın xarici işlər naziri Abbas Əraqçinin daha öncədən planlaşdırılan Livan səfərinin ləğv edildiyi bildirilir.

Bizim.Media xəbər verir ki, bununla bağlı Livanın "Əl-Modon" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, Əraqçi səfər çərçivəsində Livan prezidenti Cozef Aun ilə görüşməli idi. Ancaq səfər ləğv edilib. Qərarın rəsmi səbəbi açıqlanmayıb.

Bildirilib ki, səfərin ləğvi ötən həftə İsrail və Livan arasında çərçivə sazişinin imzalanmasından sonra Tehran və Beyrut arasında münasibətlərin soyuması ilə əlaqədar ola bilər. Mənbələrin sözlərinə görə, İranın xarici işlər nazirinin yaxın vaxtlarda Livana getməməsi bu sazişə dəstək kimi dəyərləndirilməməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin