Prezidentdən DTX ilə bağlı FƏRMAN

Hazırda oxunan: Prezidentdən DTX ilə bağlı FƏRMAN

622439

Mühafizə olunan şəxslərin və qorunan strateji obyektlərin təhlükəsizliyinin təmini sahəsində əməliyyat-axtarış fəaliyyəti Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) həvalə olunub.

Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev "Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında" Azərbaycan Prezidentinin 2001-ci il 19 iyun tarixli 507 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi tərəfindən mühafizə olunan şəxslərin və qorunan strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış fəaliyyətini DTX həyata keçirəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin