Azərbaycan və Ermənistan vətəndaşları üçün itkin düşmüş şəxslər, eləcə də onların dəfn yerləri barədə məlumatların konfidensial qaydada (anonim şəkildə) təqdim edilməsi imkanı yaradılacaq.
Bizim.Media xəbər verir ki, bunu Bakıda İtkin Düşmüş Şəxslər üzrə Beynəlxalq İtkin Düşmüş Şəxslər Komissiyası (ICMP) ilə əməkdaşlıq çərçivəsində keçirilən "İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi" mövzusunda beynəlxalq konfransda çıxış edən Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini, Dövlət Komissiyasının katibi Şərafət Həsənov bildirib.
Onun sözlərinə görə, elektron məlumat bazasına malik xüsusi sistem ICMP tərəfindən hazırlanıb.
"Təqdim olunan məlumatlardan yalnız humanitar məqsədlərlə istifadə ediləcək və məlumat verən şəxs heç bir halda məsuliyyət daşımayacaq. Məqsəd itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılmasına töhfə verməkdir", - deyə o qeyd edib. (Trend.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:56 / 30.06.2026
Azərbaycan və Ermənistan vətəndaşları itkinlərlə bağlı anonim məlumat verə biləcək
Hazırda oxunan: Azərbaycan və Ermənistan vətəndaşları itkinlərlə bağlı anonim məlumat verə biləcək
Hazırda oxunan: Azərbaycan və Ermənistan vətəndaşları itkinlərlə bağlı anonim məlumat verə biləcək
622388
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































