Barak və Mişel Obamadan ideal görüş barədə MƏSLƏHƏT

Hazırda oxunan: Barak və Mişel Obamadan ideal görüş barədə MƏSLƏHƏT

622421

ABŞ-ın keçmiş prezidenti Barak Obama və eks-birinci xanım Mişel Obama şəxsi təcrübələrinə əsaslanaraq ideal görüş barədə məsləhətlərini bölüşüblər.

Bizim.Media xəbər verir ki, Mişel Obama bazar ertəsi özünün “Instagram” hesabında maraqlı bir paylaşım edib:

“Barakla bizim ilk görüşümüz muzeydə baş tutmuşdu. Odur ki, təcrübəmizə etibar edin: Barak Obama Prezident Mərkəzinin kampusu sizin və ikinci yarınız üçün ideal məkandır”.

"People" nəşrinin yazdığına görə, Çikaqonun cənubunda bu ilin iyun ayında ictimaiyyətə açılan yeni Barak Obama Prezident Mərkəzi təxminən 8 hektar sahəni əhatə edən nəhəng bir kampusdur. Onun ərazisində ictimai parklar, tədbirlərin keçirilməsi üçün geniş məkanlar, şəhər kitabxanası və muzey yerləşir.

Videoda Mişel qeyd edib ki, bu mərkəz onunla Barakın ilk görüşü üçün tamamilə ideal bir yer ola bilərdi. Keçmiş prezident gülümsəyəndə isə Mişel əlavə edib:

“Əgər o, məni o vaxt bura gətirsəydi, dərhal deyərdim: “Bu oğlan doğrudan da çox möhtəşəmdir!'”.

Mişel Obama Prezident Mərkəzini “seksual məkan” adlandırıb:

“Burada əsl romantik görüş atmosferi hökm sürür”, — deyə o vurğulayıb. Həmin anlarda həyat yoldaşı Barak Obama da onun bu sözlərini təbəssümlə və təsdiqedici şəkildə qarşılayıb.

Mişelin fikrincə, mərkəzi bəzəyən Nik Keyv, Mari Uott və Mark Bredford kimi məşhur sənətkarların irimiqyaslı art-instalyasiyaları bu məkana xüsusi bir romantik cazibə qatır.

Üzünü ərinə tutaraq fikrinə davam edən eks-birinci xanım deyib:

“Həmçinin burada elə rahat divanlar var ki, gəzintidən sonra əyləşib sevgilini qucaqlaya və həyat barədə söhbət edə bilərsən. Bu, həm də sənin partnyorunun dünya haqqında nə dərəcədə məlumatlı olduğunu yoxlamaq üçün əla şansdır”.

İdeal axşamın davamı kimi eks-birinci xanım Ağ Evin mərhum şef-aşpazı Tafari Kempbellin şərəfinə adlandırılmış “Tafari's Kitchen” restoranında kokteyl dadmağı tövsiyə edib.

O, həmçinin mərkəzin yaxınlığındakı yaşıl qazonda örtük salaraq ikilikdə oturmaqdan “daha romantik heç nəyin olmadığını” da sözlərinə əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin