Rusiyada yanacaq qiymətlərini belə GİZLƏTDİLƏR

Hazırda oxunan: Rusiyada yanacaq qiymətlərini belə GİZLƏTDİLƏR

622451

Rusiya rəhbərliyi ölkədə kəskinləşən yanacaq böhranı fonunda benzinin qiymətlərinə dair statistik məlumatları tamamilə gizlətmək qərarına gəlib.

Bizim.Media xəbər verir ki, bu barədə "The Bell" nəşri məlumat yayıb.

Belə ki, Rusiya hökuməti Federal Statistik İşlər Planından "Neft məhsullarının istehlak qiymətləri haqqında məlumat" adlı bəndi çıxarmaq barədə rəsmi qərar qəbul edib. Bununla da, ölkənin rəsmi statistika qurumu olan "Rosstat" bundan sonra benzin və dizel yanacağının istehlak qiymətlərinə dair hər hansı bir bülleten və ya hesabat dərc etməyəcək.
 

Jurnalistlər və iqtisadi ekspertlər izah edirlər ki, bu addım ölkədəki real inflyasiyanı və yanacaq bazarındakı kəskin bahalaşmanı gizlətmək məqsədi daşıyır. Atılan bu addımla, yanacaqdoldurma məntəqələrindəki qiymət artımını və yanacaq inflyasiyasını izləmək imkanı sıravi Rusiya vətəndaşları üçün tamamilə qapalı və əlçatmaz hala gətirilir.


Qeyd edək ki, logistik xətlərə və neft emalı zavodlarına edilən zərbələrdən sonra Krım və Moskva başda olmaqla Rusiyanın bir çox regionunda yanacaq qıtlığı və YDM-lərdə uzun növbələr yaranmağa başlamışdı. Dövlət bu qərarla daxili bazardakı çaxnaşmanı rəsmi rəqəmləri gizlətməklə yatırmağa çalışır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin