Saniyədə 30 ağcaqanad məhv edir: möhtəşəm texnologiya

Hazırda oxunan: Saniyədə 30 ağcaqanad məhv edir: möhtəşəm texnologiya

622395

Çində hazırlanmış yeni süni intellekt sistemi ağcaqanadları havada aşkar edib saniyələr içində lazerlə məhv edə bilir.

Bizim.Media xəbər verir ki, Çində Photon Matrix Lab startapı süni intellekt kamerası və lidar texnologiyası ilə işləyən yeni lazer cihazı hazırlayır.

Cihaz uçuşda olan ağcaqanadları müəyyən edərək onları lazerlə məhv edir. Məlumata görə, qurğunun təsir məsafəsi 3 metrə qədərdir.

Onun saniyədə 30-a qədər ağcaqanadı məhv edə biləcəyi bildirilir. Layihə qısa müddətdə sosial şəbəkələrdə böyük maraq doğurub.

İlkin hədəfi cəmi 20 min dollar olan layihə artıq 2,7 milyon dollar vəsait toplayıb. (Musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin