Nazirlər Kabinetindən qrant müsabiqələri ilə bağlı QƏRAR

Hazırda oxunan: Nazirlər Kabinetindən qrant müsabiqələri ilə bağlı QƏRAR

622425

“Mədəniyyət sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi Qaydası” təsdiqlənib.

Bizim.Media xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.

Mədəniyyət Nazirliyi (Donor) qrant müsabiqələrinin keçirilməsi zamanı öz fəaliyyətini əməkdaşlıq, qarşılıqlı məsuliyyət və hesabatlılıq prinsipləri əsasında qurur.

Donorla münasibətlərində qrant alan resipiyent sayılır.

Qeyri-hökumət təşkilatlarına münasibətdə dövlət büdcəsindən ayrılan vəsait hesabına qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin təşkili və keçirilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 avqust tarixli 292 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası” ilə tənzimlənir.

Qrantın ayrılması üçün Donor tərəfindən ildə bir dəfədən az olmamaqla müsabiqə keçirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin