Nikah mövzusu yenidən GÜNDƏMDƏ - Bu dəfə erkən deyil, gecikən evliliklər müzakirəyə çıxarılır

Hazırda oxunan: Nikah mövzusu yenidən GÜNDƏMDƏ - Bu dəfə erkən deyil, gecikən evliliklər müzakirəyə çıxarılır

622391

"Türk Dünyasının ən böyük üstünlüklərindən biri onun gənc və dinamik əhalisinin olmasıdır".
Bunu Şuşada keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci Görüşündə Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev dedi.

O vurğuladi ki, bu üzv dövlətlərimizin əhalisinin 40 faizindən çoxunu gənclər təşkil edir:

"Bu demoqrafik üstünlük böyük imkanlar yaratmaqla yanaşı, üzərimizə mühüm məsuliyyətlər də qoyur. Gənc nəsillərimizin yalnız bilik və peşəkar bacarıqlarla deyil, həm də güclü etik prinsiplər, tənqidi düşüncə qabiliyyəti və ortaq dəyərlər əsasında yetişməsini təmin etməliyik”.
 

Baş katib qeyd etdi ki, qurumlar arasında daha geniş əməkdaşlıq, təhsil təşəbbüslərinin dəstəklənməsi, dinşünaslıq sahəsində akademik mübadilələrin və elmi əməkdaşlığın inkişafı biliyə, mülayimliyə və qarşılıqlı hörmətə əsaslanan din anlayışının təşviqinə töhfə verə bilər.


Kubanıçbek Ömüralıyev, həmçinin Türk Dünyasının zəngin intellektual və mənəvi irsə malik olduğunu vurğulayaraq, bu torpaqlardan yetişmiş alimlərin, ilahiyyatçıların və mütəfəkkirlərin dünya sivilizasiyasına əvəzsiz töhfələr verdiyini bildirdi.

Onun sözlərinə görə, biliyi, ədaləti, şəfqəti, tolerantlığı və dinc birgəyaşayışı təşviq edən bu zəngin irsin qorunması, öyrənilməsi və gələcək nəsillərə ötürülməsi Türk Dünyasının ortaq vəzifələrindən biridir.

Baş katib həmçinin diqqətə çatdırdı ki, Bakıda keçiriləcək növbəti iclasda “İslamda evliliyin təşviqi: gecikmiş evliliyin səbəbləri və evliliyə maneələr” və “İslamın elm və texnologiyaya yanaşması” mövzularında daha iki bəyannamənin müzakirəyə çıxarılması gözlənilir.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin