Samvel Karapetyan Kipr və Rusiya vətəndaşlığından niyə imtina etmir? – VİDEO

Hazırda oxunan: Samvel Karapetyan Kipr və Rusiya vətəndaşlığından niyə imtina etmir? – VİDEO

622459

Müxalifət sıralarında yer alan və əslən Rusiyanın Kaluqa şəhərindən olan erməni siyasətçi Samvel Karapetyanın vaxtilə verdiyi vədləri indi danması mətbuatın və ictimaiyyətin ciddi narazılığına səbəb olub. Belə ki, həmin şəxs rəsmi məhkəmə zalında Kipr və Rusiya vətəndaşlığından imtina edəcəyinə dair açıq bəyanat versə də, indi bu mövzunun ona xatırladılmasından kəskin şəkildə narahat olur.

Bizim.Media xəbər verir ki, bu barədə regional KİV-lər məlumat yayıb.

Məlumata görə, vaxtilə məhkəmə qarşısında rəsmən öhdəlik götürən kalujalı siyasətçi, indi özünə bəraət qazandırmağa çalışaraq tam fərqli bir iddia irəli sürüb. O, digər ölkələrin vətəndaşlığından yalnız baş nazir seçiləcəyi təqdirdə imtina edəcəyinə söz verdiyini bəyan edib.

Bu addım media və siyasi fəallar tərəfindən kəskin tənqid olunub və o, xalq dilində "sözünün üstündə durmayan" (fuflo) adlandırılıb.

Analitiklər qeyd edirlər ki, özünü müxalifət lideri kimi təqdim etməyə çalışan bir şəxsin rəsmi məhkəmədə dediyi sözlərdən manipulyasiya ilə qaçmağa çalışması onun siyasi nüfuzuna ağır zərbə vurur. İctimai fəallar isə bu mövzunu davamlı olaraq gündəmdə saxlayacaqlarını və onun verdiyi hüquqi və mənəvi vədləri daim xatırladacaqlarını bildiriblər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin