Ukrayna Müdafiə Nazirliyindən verilən məlumata görə, "Talion" kompleksinin əsas təyinatı düşmənin pilotsuz uçuş aparatlarını (PUA) havada zərərsizləşdirmək üçün kamikadze təyyarəsi rolunu oynamaqdır.
Bizim.Media xəbər verir ki, "Talion" hava hücumundan müdafiə (HHM) tapşırıqlarını yerinə yetirməklə yanaşı, yerüstü hədəflərin məhv edilməsi və digər taktik fəaliyyətlər üçün zərbə dronu kimi də effektiv şəkildə istifadə edilə bilər.
Bu yeni aparat həm kiçik, həm də böyük hündürlüklərdə rahatlıqla fəaliyyət göstərmək qabiliyyətinə malikdir. Bu üstünlük ona Rusiya ordusuna məxsus demək olar ki, bütün növ PUA-ları təqib edərək "ovlamaq" imkanı verir.
Qeyd olunur ki, "Talion" dronunun idarə edilməsi operator tərəfindən həm tam əl ilə (manual), həm də yarı-avtomatik rejimlərdə həyata keçirilə bilər.
Bizim.Media




































































































