"Ağlıma gəlməzdi ki, bu günləri görərəm" - VİDEO

Hazırda oxunan: "Ağlıma gəlməzdi ki, bu günləri görərəm" - VİDEO

622442

Rusiya paytaxtında yanacaq tədarükündə yaşanan ciddi problemlər fonunda Moskvadakı yanacaqdoldurma məntəqələrində (YDM) uzun avtomobil növbələri yaranmağa başlayıb. Avtomobilini doldura bilməyən yerli sakinlər məntəqələri əliboş tərk etmək məcburiyyətində qalırlar.

Bizim.Media xəbər verir ki, bu barədə paytaxt sakinləri sosial şəbəkələrdə məlumat və videogörüntülər paylaşıblar.

YDM-lərin birindən yanacaq ala bilmədən geri qayıdan moskvalı sürücü vəziyyəti belə təsvir edib:

"Heç vaxt ağlıma gəlməzdi ki, nə vaxtsa Moskvada belə bir vəziyyətlə qarşılaşaram, bu günləri görərəm... Maşını sınaq üçün bura gətirdim, amma növbədən və yanacaq çatışmazlığından heç nə edə bilməyib geri qayıdıram".

Sosial şəbəkə istifadəçiləri və ekspertlər Ukrayna müharibəsinin ilkin mərhələsindəki iddialara eyham vuraraq, Rusiyanın hərbi strateqlərinin planlarının tamamilə əks-effekt verdiyini bildirirlər:

"Üç günə Kiyevi tutmaq" iddiası ilə başlayan proses, bu gün Moskvada benzin növbələri ilə nəticələndi. Tarix bəzən çox amansız şəkildə istehza etməyi bacarır".

Qeyd edək ki, Krımda elan olunmuş kəskin yanacaq böhranından və logistik xətlərə edilən zərbələrdən sonra, artıq Rusiyanın mərkəzi şəhərlərində də yanacaq çatışmazlığı və pərakəndə satışda məhdudiyyətlər özünü büruzə verməkdədir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin