Dünyanın ən varlı musiqiçiləri açıqlandı

Hazırda oxunan: Dünyanın ən varlı musiqiçiləri açıqlandı

647043

“Beatles” qrupunun üzvü Pol Makkartninin sərvəti bir milyard dolları ötərək təxminən 1,4 milyard dollara çatıb. Bununla da o, dünyanın ən varlı üç musiqiçisindən birinə çevrilib.

Bizim.Media xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb.

Nəşrin məlumatına görə, Makkartninin əsas gəlir mənbələrindən biri “MPL Communications” şirkətidir.
 

O, həmçinin “The Beatles” tərəfindən yaradılmış “Apple Corps” şirkətinin 25 faizinə sahibdir. Musiqiçi vinil valların satışından, musiqi yayımlarından və müəllif hüquqlarından ildə 50 milyon dollardan çox gəlir əldə edir.


“Forbes”un siyahısında ilk yeri 2,8 milyard dollardan çox sərvətlə reper Cey Zi, ikinci yeri isə təxminən 2 milyard dollar sərvətlə Teylor Svift tutur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin