Tramp Ağ Evdəki izlərini qorumaq üçün bu addımı atdı

Hazırda oxunan: Tramp Ağ Evdəki izlərini qorumaq üçün bu addımı atdı

646299

ABŞ Prezidenti Donald Tramp Ağ Evin Oval Ofisini tarixi abidə kimi təsnif edən sərəncam imzalayıb.

Bizim.Media xəbər verir ki, sənəd gələcək Vaşinqton administrasiyaları tərəfindən orada ediləcək hər hansı əhəmiyyətli dəyişikliklər üçün Konqresin təsdiqini nəzərdə tutur.

Tramp sərəncamı hansı məqsədlə imzaladığını jurnalistlərə açıqlayıb:

"Bu, Oval Ofisə və Ağ Evin Kabineti Otağına aiddir. Bunlar çox vacib məkanlardır. Və mən onları əsrlər boyu tarixi abidələr kimi təyin edən sənəd imzalayacağam. Sənədlər yekunlaşdırıldıqdan, hüquqi qüvvəyə mindikdən sonra heç kim bu inanılmaz məkanları məhv edə bilməyəcək".

Prezidentin sözlərinə görə, təsdiqlədiyi sənəd Konqresin təsdiqini tələb edir. O bildirib ki, bu baş verdikdən sonra məkanlar "heç bir əhəmiyyətli şəkildə dəyişdirilə bilməz":
 

"Konqresin təsdiqi olmadan heç bir əhəmiyyətli dəyişiklik yoxdur. Biz onu indiki kimi saxlayacağıq".


Qeyd edək ki, Trampın dövründə Oval Ofisin interyeri, o cümlədən qızılı bəzəklərlə əhəmiyyətli dərəcədə yenilənib. Demokratlar onun Ağ Evdəki bu cür dəyişikliklərinə qarşı çıxış edirlər. Tramp özündən sonra gələcək prezidentin həmin dəyişiklikləri ləğv etməsinin qarşısını almaq istəyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin