Onkoloji xəstəliklərin icbari tibbi sığortaya daxil edilməsi yenidən gündəmdə

Hazırda oxunan: Onkoloji xəstəliklərin icbari tibbi sığortaya daxil edilməsi yenidən gündəmdə

646315

Əhali arasında ən çox tələfat verən iki patologiyadan biri olan onkoloji xəstəliklərin də icbari tibbi sığorta ilə qarşılanması son dərəcə vacibdir.
 
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentdə 2027-ci il büdcə zərfinin müzakirəsi zamanı deyib.
 
Komitə sədri bildirib ki, ambulator müalicə alan xəstələrin dərman vəsaitləri ilə təminatının icbari tibbi sığorta ilə qarşılanması məsələsi də insanları narahat edən məsələlərdir:
 
"Bu barədə biz çox danışmışıq, həm Milli Məclisdəki tədbirlərdə, həm büdcə müzakirəsində hökumətin hesabatında, ancaq təəssüflər olsun ki, bu günə qədər əhalinin səbirsizliklə gözlədiyi bu problemlər öz həllini tapmamışdır. Əminliklə demək olar ki, belə böyük bir büdcə ilə növbəti ildə bu məsələ öz müsbət həllini tapacaq".
 
O, əhaliyə göstərilən ilkin tibbi xidmətin səviyyəsinin aşağı olmasını vurğulayib:
 
"Bu, xüsusilə bölgələrdə özünü qabarıq göstərir. Kəndlərimizdə olan ilkin tibbi xidmət məntəqələrinin əksəriyyəti yararsız vəziyyətdədir. Kadr sıxıntıları mövcuddur".
 
Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin