Azərbaycanda ürək transplantasiyası əməliyyatlarının gələn ildən icbari tibbi sığorta hesabına qarşılanması təklif olunur.
Bizim.Media xəbər verir ki, bu təkliflə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentdə 2027-ci il dövlət büdcəsi zərfinin müzakirəsi zamanı çıxış edib.
Komitə sədri bildirib ki, son iki ildə Azərbaycanda ürək transplantasiyası əməliyyatlarının icrasına başlanılıb və ölkəmiz Qafqazda bu əməliyyatların həyata keçirildiyi ilk ölkə olub:
"Bu əməliyyatlar son dərəcədə böyük maliyyət tutumlu əməliyyatlardır və növbəti ildən bu əməliyyatların da icbari tibbi sığorta ilə qarşılanmasına ehtiyac duyulur".
Ə.Əmiraslanov Azərbaycanda robot cərrahiyyəsi bölmələrinin yaradılması üçün gələcəkdə vəsait ayrılmasının vacibliyini vurğulayıb:
"Müasir tibbi, xüsusilə tibbin cərrahiyyə sahəsini robot texnikasız təsəvvür eləmək mümkün deyil. Robot cərrahiyyəsinin köməyi ilə ən mürəkkəb müalicə və müayinələr həyata keçirmək mümkündür. Ölkəmizdə də belə robot cərrahiyyə bölmələrinin yaradılmasına gələcəkdə vəsait ayrılması son dərəcə də vacibdir ".
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:31 / 06.11.2026
Ürək transplantasiyası əməliyyatları da sığorta hesabına qarşılansın – Komitə sədrindən təklif
Hazırda oxunan: Ürək transplantasiyası əməliyyatları da sığorta hesabına qarşılansın – Komitə sədrindən təklif
Hazırda oxunan: Ürək transplantasiyası əməliyyatları da sığorta hesabına qarşılansın – Komitə sədrindən təklif
646318
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































