Rusiyanın dizel yanacağını daşıyan üç tanker ABŞ limanlarına doğru hərəkət edir. Gəmilərin gələn həftə ABŞ-a çatacağı gözlənilir.
Bizim.Media xəbər verir ki, “Financial Times” nəşrinin məlumatına görə, təxminən 140 min ton yanacaq daşıyan bu tankerlər ABŞ hakimiyyətinin Rusiya dizelinin idxalına verdiyi lisenziya çərçivəsində göndərilir.
Gəmilərdən biri — Syerra-Leone bayrağı altında üzən, Honkonqa məxsus “Leruo” tankeri — Avropa İttifaqı, Böyük Britaniya və Kanada tərəfindən sanksiyalara məruz qalıb. Onun noyabrın 11-də ABŞ-a çatacağı bildirilir.
Hər iki partiyadan olan bir qrup ABŞ senatoru prezident Donald Trampı bu razılaşmanı ləğv etməyə çağırıb. Onlar Rusiya yanacağının idxalına yardım edən Amerika şirkətlərinin mülki və cinayət məsuliyyəti ilə üzləşə biləcəyini bildiriblər.
Bizim.Media

- A-
- A
- A+
Dünya
16:33 / 27.10.2026
Rusiya sanksiya altındakı tankerlə ABŞ-a dizel yanacağı göndərir
Hazırda oxunan: Rusiya sanksiya altındakı tankerlə ABŞ-a dizel yanacağı göndərir
Hazırda oxunan: Rusiya sanksiya altındakı tankerlə ABŞ-a dizel yanacağı göndərir
644543
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































