Azərbaycanda 2025-ci ildə körpə ölümü göstəricisi 2020-ci illə müqayisədə həm şəhər, həm də kənd yerlərində artıb.
Bizim.Media xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2020-ci ildə hər 1 000 diri doğulana görə körpə ölümü göstəricisi qızlarda 8,6, oğlanlarda isə 10,9 olub.
2025-ci ildə bu rəqəmlər müvafiq olaraq 13 və 14,3-ə yüksəlib.
Şəhər yerlərində 2020-ci ildə hər 1 000 diri doğulana görə körpə ölümü göstəricisi qızlarda 11,9, oğlanlarda 16,4 olub. 2025-ci ildə isə qızlar üzrə göstərici 16,3-ə, oğlanlar üzrə 17,4-ə çatıb.
Kənd yerlərində də artım qeydə alınıb. Belə ki, 2020-ci ildə hər 1 000 diri doğulana görə körpə ölümü göstəricisi qızlarda 5,3, oğlanlarda 5,8 olduğu halda, 2025-ci ildə bu rəqəmlər müvafiq olaraq 10 və 11,6 təşkil edib.
Beləliklə, 2020–2025-ci illərdə körpə ölümü göstəricisi bütün müqayisə edilən qruplarda artıb. Ən böyük artım kənd yerlərində qız uşaqları üzrə qeydə alınıb: göstərici 5,3-dən 10-a yüksəlib.
Qeyd edək ki, bütövlükdə oğlan uşaqların ölümü qızlara nisbətən daha yüksəkdir.
Fəridə, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:53 / 27.10.2026
Körpə ölümlərinin sayı 2 dəfə artıb – DƏHŞƏTLİ STATİSTİKA
Hazırda oxunan: Körpə ölümlərinin sayı 2 dəfə artıb – DƏHŞƏTLİ STATİSTİKA
Hazırda oxunan: Körpə ölümlərinin sayı 2 dəfə artıb – DƏHŞƏTLİ STATİSTİKA
644560
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































