Putin: “Avropa özünə quyu qazır”

Hazırda oxunan: Putin: “Avropa özünə quyu qazır”

644556

Rusiya prezidenti Vladimir Putin Avropa ölkələrinin Rusiya enerji resurslarından imtina etməklə öz sənayelərinə və sosial sahələrinə zərər vurduğunu bildirib.

Bizim.Media xəbər verir ki, Putin bu barədə Qaz İxracatçısı Ölkələr Forumunun (FSEQ) sammitində çıxışı zamanı danışıb.

O, Avropa dövlətlərinin enerji siyasətinin nəticələrindən bəhs edərkən “Başqasına quyu qazan özü düşər” atalar sözünü xatırladıb.

Putinin fikrincə, Rusiyadan tədarükdən imtina ilə bağlı qərarlar Avropa ölkələrinin özləri üçün mənfi nəticələrə səbəb olur.

Oktyabrın 27-də Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Dan Yorgensen bildirib ki, Rusiya ilə Ukrayna arasında sülh sazişi imzalansa belə, Avropa İttifaqı 2027-ci ildə qüvvəyə minməli olan Rusiya qazının idxalına qadağanı qüvvədə saxlayacaq.

O, Avropanın enerji resurslarının idxalından asılılıq və dünya bazarlarında qeyri-sabitlik səbəbindən həssas vəziyyətdə qaldığını etiraf edib.

Oktyabrın 26-da Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın maraqlı alıcılar və kifayət qədər sərbəst qaz həcmləri olduğu təqdirdə Avropaya qaz tədarükünün bərpasını müzakirə etməyə hazır olduğunu bildirib. Onun sözlərinə görə, Rusiyanın ixracının əhəmiyyətli hissəsi artıq başqa bazarlara yönəldilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin