59 yaşlı Nikol Kidmandan cəsarətli FOTOSESSİYA

Hazırda oxunan: 59 yaşlı Nikol Kidmandan cəsarətli FOTOSESSİYA

644562

Aktrisa Nikol Kidman “Vogue Australia” jurnalının 2026-cı ilin noyabr sayı üçün qara “Chanel” büstqalteri və parıltılı detallarla bəzədilmiş cins şalvarda fotosessiya etdirib.

Bizim.Media xəbər verir ki, aktrisa obrazını qara alt paltarı və iri qızılı boyunbağı ilə tamamlayıb.

Fotosessiyanın fotoqrafı Laklan Beyli, stilisti isə Kristin Sentenera olub. Kidman çəkiliş zamanı çimərlik modası üslubunda da daxil olmaqla, yay əhval-ruhiyyəli müxtəlif obrazlarda görünüb.

Aktrisa müsahibəsində karyerasının ilk illərindən danışıb və hündürboylu olmasının balet və aktyorluq arzularına çatmaq yolunda yaratdığı çətinlikləri xatırlayıb.

Oktyabrın əvvəlində Kidman 15 yaşlı qızı Feyt Marqaretlə birlikdə Parisdə “Chanel”in 2027-ci ilin yaz-yay kolleksiyasının nümayişində iştirak edib.

59 yaşlı Nikol Kidmandan cəsarətli FOTOSESSİYA - foto 1
59 yaşlı Nikol Kidmandan cəsarətli FOTOSESSİYA - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin