Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu

Hazırda oxunan: Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu

644546

Azərbaycan dövlət sərhədini pozan yeniyetmə əcnəbi saxlanılıb.

Bizim.Media xəbər verir ki, hadisə Astara rayonu, Züngüləş kəndində qeydə alınıb.

17 yaşlı Əfqanistan vətəndaşı qanunsuz yolla Azərbaycana keçdiyi üçün sərhədçilər tərəfindən saxlanılıb və barəsində cinayət işi başlanıb.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, 2022-ci ildə işləmək məqsədilə valideynləri ilə birgə Əfqanistandan İrana keçib. Paytaxt Tehranda daş karxanalarında işləyib. Burada onunla birgə Azərbaycana qanunsuz keçən digər 5 nəfərlə tanış olub. Onun sözlərinə görə, son zamanlar İranda vəziyyət mürəkkəbləşdiyindən Avropaya getmək qərarına gəlib.

Bunun üçün əvvəlcə Azərbaycana, sonra isə Gürcüstana getmək istəyib. Beləliklə, 17 yaşlı əcnəbi Tehrandan taksi ilə İranın Astara şəhərinə gəlib. Oradan isə heç bir sənədi olmadan piyada yolla Azərbaycana qanunsuz keçib. Lakin az sonra Azərbaycan sərhədçiləri tərəfindən saxlanılıb.

O, əməlindən peşman olduğunu deyərək, barəsində yüngül cəza verilməsini istəyib.

Məhkəmənin qərarı ilə o, 5 ay 29 gün müddətinə azadlıqdan məhrum edilib. (Lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin