"Bakı Metropoliteni"nin stansiyalarında avtomatik xarici defibrilyatorların (AED) quraşdırılması ilə bağlı tender prosesi keçirilib və hazırda işlər son mərhələdədir".
Bizim.Media xəbər verir ki, bu barədə Oxu.az-ın sorğusuna qurumdan cavab verilib.
Qeyd olunub ki, "Bakı Metropoliteni"nin 27 stansiyası AED cihazları ilə təmin olunacaq və digər müvafiq və zəruri tədbirlər görüləcək.
Məlumat üçün bildirək ki, avtomatik xarici defibrilyatorlar (AED) ürəyin qəfil dayanması (klinik ölüm) zamanı həyat qurtarmaq üçün nəzərdə tutulmuş, ürəyə elektroşok verərək onun normal ritmini bərpa edən portativ tibbi cihazdır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:39 / 27.10.2026
Metro stansiyalarında ürək aparatları quraşdırılacaq
Hazırda oxunan: Metro stansiyalarında ürək aparatları quraşdırılacaq
Hazırda oxunan: Metro stansiyalarında ürək aparatları quraşdırılacaq
644574
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































