Finlandiya Prezidenti Aleksander Stubb və Norveçin Baş naziri Yunas Qar Störe ilə Rusiya lideri Vladimir Putin arasında telefon danışığı baş tutub.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Finlandiya prezident administrasiyası məlumat yayıb.
“Müzakirələr birbaşa və mahiyyət üzrə olub. Biz Rusiyanın qonşularıyıq. Münaqişənin necə bitəcəyi Finlandiyanın və Norveçin, daha geniş mənada isə bütün Avropa İttifaqının təhlükəsizliyinə təsir edəcək. Müharibəni dayandırmaq üçün birbaşa danışıqlar lazımdır”, - Stubb telefon danışığı barədə qeyd edib.
Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Putinin Norveç və Finlandiya liderləri ilə telefon danışığını təsdiqləyib.
Peskov bildirib ki, Kreml Putinin Finlandiya Prezidenti və Norveç Baş naziri ilə telefon danışıqlarının nəticələrinə dair bəyanat hazırlayır.
Bizim.Media

- A-
- A
- A+
Dünya
14:34 / 27.10.2026
Finlandiya və Norveç liderləri Putinlə DANIŞDI – Nələr müzakirə edildi?
Hazırda oxunan: Finlandiya və Norveç liderləri Putinlə DANIŞDI – Nələr müzakirə edildi?
Hazırda oxunan: Finlandiya və Norveç liderləri Putinlə DANIŞDI – Nələr müzakirə edildi?
644519
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































