Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qar Störe Rusiya Prezidenti Vladimir Putinlə söhbət zamanı Ukraynanın enerji və infrastruktur obyektlərinə qarşı hücumların azaldılmasının vacibliyini vurğulayıblar.
Bizim.Media xəbər verir ki, Zelenski bu barədə “Telegram” kanalında məlumat verib.
Onun sözlərinə görə, tərəflər həmçinin noyabrda Ukrayna, ABŞ və Rusiya nümayəndə heyətlərinin iştirakı ilə keçirilməsi planlaşdırılan üçtərəfli görüşə hazırlığı müzakirə ediblər.
Zelenski Finlandiya və Norveç liderləri ilə Avropa tərəfdaşları ilə əməkdaşlığın, Ukraynanın müdafiəsinə dəstəyin və ümumi təhlükəsizliyin gücləndirilməsinin müxtəlif formatlarını da nəzərdən keçirib.
Ukrayna Prezidenti vurğulayıb ki, sülhə nail olunmalı, gərginlik azaldılmalı və Rusiyanın müharibəni uzatmasına son qoyulmalıdır.
Bizim.Media

- A-
- A
- A+
Dünya
15:35 / 27.10.2026
Finlandiya və Norveç liderləri Putindən nəyi tələb edib? – Zelenskidən AÇIQLAMA
Hazırda oxunan: Finlandiya və Norveç liderləri Putindən nəyi tələb edib? – Zelenskidən AÇIQLAMA
Hazırda oxunan: Finlandiya və Norveç liderləri Putindən nəyi tələb edib? – Zelenskidən AÇIQLAMA
644535
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































