Çinli motosikletçi Ginnesin Rekordlar Kitabına düşdü – SƏBƏB

Hazırda oxunan: Çinli motosikletçi Ginnesin Rekordlar Kitabına düşdü – SƏBƏB

644526

Çinli sahibkar Çjan Syue modifikasiya edilmiş MX450 motosikleti ilə açıq suda 40 kilometrdən çox məsafə qət edərək Ginnesin rekordunu müəyyənləşdirib.

Bizim.Media xəbər verir ki, “Interesting Engineering” nəşrinin məlumatına görə, rekord Çinin Hunan əyalətində qeydə alınıb.

Motosiklet istehsal edən ZXMOTO şirkətinin qurucusu Çjan Syue bu nailiyyət üçün xüsusi hazırlanmış MX450 modelindən istifadə edib.

Motosikletin su üzərində hərəkət etməsi üçün ona amfibiya xizəkləri, böyüdülmüş yanacaq çəni və əlavə su izolyasiyası quraşdırılıb.

Çjanın su üzərində motosiklet sürmək cəhdləri 2009-cu ildə başlayıb. İlk sınaq zamanı o, dörd dəfə suya düşüb və cəmi 20 metr məsafə qət edə bilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin