Sabiq deputat Əsabil Qasımova məxsus olan "Azər-Tikinti" MTK-nın vəzifəli şəxslərinə cinayət işi açılıb.
Bizim.Media xəbər verir ki, şirkətin Bakı şəhər Azadlıq prospekti, 40 və 42 ünvanlarında yerləşən, ikimərtəbəli, zirzəmisində obyektləri olan və dəyəri 5 milyon manata yaxın qiymətləndirilən özəl mülkiyyəti özbaşına sökdüyü bildirilib.
Bu səbəbdən Bakı şəhər prokurorunun göstərişinə əsasən, Cinayət Məcəlləsinin 186.3, 320.1 və 320.2-ci maddələri ilə başlanılmış işin araşdırılması Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin İstintaq şöbəsinə həvalə olunub.
İş üzrə zərərçəkmiş şəxs qismində iş adamı Naiq Məmmədhəsənov tanınıb.
Əmlakın qiyməti 4 milyon 810 min manat dəyərləndirilib.
Qeyd edək ki, daha əvvəl əmlak sahibi ilə tikinti şirkəti arasında alqı-satqıya dair müqavilə imzalanıb. Lakin sonradan həmin müqavilə pozulub. (Qafqazinfo.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:16 / 27.10.2026
Sabiq deputatın şirkətinə cinayət işi açıldı - 5 milyonluq obyekti söküblər
Hazırda oxunan: Sabiq deputatın şirkətinə cinayət işi açıldı - 5 milyonluq obyekti söküblər
Hazırda oxunan: Sabiq deputatın şirkətinə cinayət işi açıldı - 5 milyonluq obyekti söküblər
644547
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































