ABŞ-ın neft ehtiyatları həftə ərzində 4,5 milyon barel artıb

Hazırda oxunan: ABŞ-ın neft ehtiyatları həftə ərzində 4,5 milyon barel artıb

644220

ABŞ-da kommersiya neft ehtiyatları həftə ərzində 4,5 milyon barel artaraq 26 may 2023-cü il tarixinə 459,7 milyon barel təşkil edib.

Bu barədə ölkənin Energetika Nazirliyinin məlumatında deyilir.

Nazirlikdən bildirilib ki, ehtiyatların hazırkı həcmi son 5 ildəki orta göstəricidən 2% azdır və bu, ilin bu dövrü üçün xarakterikdir.

Qeyd edək ki, Bakı vaxtı ilə saat 19:05-ə olan məlumata görə, Londonun ICE birjasında “Brent” markalı neftin avqust fyuçersləri 1,51% artaraq bir barel üçün 73,22 ABŞ dollarına yüksəlib, WTI markalı neftin iyul fyuçerslərinin qiyməti isə 0,53% artıb və bir barelə görə 68,92 ABŞ dolları təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin