Ukrayna Prezidenti Volodimir Zelenski Qərb tərəfdaşlarını hava hücumundan müdafiə (HHM) sistemlərini və raketləri Kiyevə təhvil verməkdən çəkinməkdə ittiham edib. O bildirib ki, bəzi ölkələr öz HHM vasitələrini hər ehtimala qarşı özləri üçün saxlamağa çalışırlar.
Bizim.Media xəbər verir ki, Ukrayna dövlət başçısının sözlərinə görə, müttəfiqlər Kiyevə kömək etməyə hazır olduqlarını desələr də, ilk növbədə öz müdafiələrini təmin etməyi üstün tuturlar.
Zelenski bunun yanlış yanaşma olduğunu vurğulayıb:
“Ukrayna süqut edərsə, Rusiya bizim müdafiə xətlərimizi yararsa, bu addım heç bir ölkəyə kömək etməyəcək. Adi dinc sakinləri raketlər və dronlarla məhv etməyə hazır olan, hər cür vəhşiliyə əl atan bir dövlətə qarşı heç kim təkbaşına müdafiə oluna bilməz".
Zelenski həmçinin xəbərdarlıq edib ki, Rusiyanın hazırda 2 milyona yaxın şəxsi heyətdən ibarət ordusu var və Avropada bu gücdə hərbi qüvvəyə sahib ikinci bir dövlət mövcud deyil:
"Avropa orduları bu miqyasda bir mübarizəyə və müharibəyə hazır deyillər".
Bizim.Media

- A-
- A
- A+
Dünya
09:46 / 24.10.2026
Zelenski: “Avropa Rusiyanın 2 milyonluq ordusu qarşısında dayana bilməz” – VİDEO
Hazırda oxunan: Zelenski: “Avropa Rusiyanın 2 milyonluq ordusu qarşısında dayana bilməz” – VİDEO
Hazırda oxunan: Zelenski: “Avropa Rusiyanın 2 milyonluq ordusu qarşısında dayana bilməz” – VİDEO
643953
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































