Bu gün Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalı start götürəcək.
Bizim.Media xəbər verir ki, tarixdə ilk dəfə təşkil olunacaq mundiala Azərbaycan ev sahibliyi edəcək.
Dünya çempionatında 189 ölkənin iştirakı ilə minə yaxın oyunun keçirilməsi nəzərdə tutulub. Yarışın açılış və bağlanış mərasimləri, eləcə də ilk və final oyunları “Kristal Zal”da baş tutacaq.
Azərbaycan dünya çempionatında Famil Xəlilovun başçılıq etdiyi U-16 yığması ilə təmsil olunacaq. Komanda “AF” qrupunda Andorra, Avstraliya, Haiti, İsrail və Timor-Leste yığmaları ilə mübarizə aparacaq. Millimiz turnirdə ilk oyununu bu gün saat 19:30-da Timor-Leste kollektivinə qarşı keçirəcək.
Qeyd edək ki, dünya çempionatının rəsmi açılış mərasimi bu gün saat 19:00-da "Kristal Zal"da təşkil olunacaq.
Bizim.Media

- A-
- A
- A+
İdman
09:04 / 24.10.2026
Bakıda FIFA U-15 dünya çempionatı start götürür
Hazırda oxunan: Bakıda FIFA U-15 dünya çempionatı start götürür
Hazırda oxunan: Bakıda FIFA U-15 dünya çempionatı start götürür
643945
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































