Hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Hazırda oxunan: Hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

643959

Hazırda Azərbaycanda müşahidə olunan yağışlı və dumanlı hava şəraiti, eləcə də həftəsonu avtomobil yollarında hərəkət intensivliyinin artacağı gözlənildiyindən sürücülərə diqqətli olmaları tövsiyə edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

Bildirilib ki, xüsusilə gecə və səhər saatlarında dumanlı və çiskinli hava şəraiti yollarda görünüş məsafəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Bu isə sürücülərin digər hərəkət iştirakçılarını, yol nişanlarını, nişanlama xətlərini və nizamlayıcı vasitələri vaxtında görməsinə maneə yaradır.

 

BDYPİ həftənin şənbə və bazar günləri avtomobil yollarında hərəkət intensivliyinin artacağını nəzərə alaraq, sürücülərə əlverişsiz hava şəraitində daha diqqətli olmağı, sürət həddini yol şəraitinə uyğun seçməyi və texniki cəhətdən nasaz nəqliyyat vasitələri ilə yola çıxmamağı tövsiyə edib.

 

Həmçinin dayanma, durma, parklanma, ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyin vacibliyi vurğulanıb.

İdarə hərəkət iştirakçılarını yol hərəkəti qaydalarına riayət etməyə və təhlükəsizliyə biganə qalmamağa çağırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin