Keniyanın paytaxtı Nayrobidə tikilməkdə olan 18 mərtəbəli ticarət mərkəzi çöküb. İlkin məlumatlara görə, hadisə nəticəsində 100-dən çox insan həlak olub.
Bizim.Media xəbər verir ki, bu barədə “Arab News” məlumat yayıb.
Hadisə yerli vaxtla saat 13:40 radələrində şəhərin İstli rayonunda baş verib.
Şahidlərin çəkdiyi görüntülərdə çoxmərtəbəli binanın bir neçə saniyə ərzində çökdüyü və tamamilə dağıldığı əks olunub.
Hadisə yerinə dərhal təcili yardım xidmətləri və Qırmızı Xaçın mütəxəssis qrupları cəlb edilib. Hazırda dağıntılar altında sağ qalanların axtarışı və uçqunun nəticələrinin aradan qaldırılması istiqamətində işlər aparılır.
Binanın çökmə səbəbləri araşdırılır. İlkin ehtimallara görə, hadisəyə tikinti zamanı texniki normaların pozulması səbəb ola bilər.
Bizim.Media




























































































