Abituriyentlərin NƏZƏRİNƏ – Bəzi fənlər üzrə imtahan proqramları TƏSDİQLƏNDİ

Hazırda oxunan: Abituriyentlərin NƏZƏRİNƏ – Bəzi fənlər üzrə imtahan proqramları TƏSDİQLƏNDİ

643869

Dövlət İmtahan Mərkəzində (DİM) 2027-ci ildə keçiriləcək buraxılış və qəbul imtahanlarına hazırlıq çərçivəsində bir sıra fənlər üzrə imtahan proqramları müzakirə olunaraq təsdiqlənib.

Bizim.Media xəbər verir ki, bu barədə DİM məlumat yayıb. 
 

Məlumata görə, müzakirələr oktyabrın 19-dan 23-dək Azərbaycan dili, ingilis dili, informatika, kimya, fizika, rus dili, biologiya, tarix, coğrafiya və riyaziyyat fənləri üzrə keçirilən elmi-metodik seminarlarda aparılıb.


Seminarlarda orta ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər və müvafiq sahələr üzrə mütəxəssislər iştirak ediblər. DİM-in regional bölmələrindən müəllimlər də müzakirələrə onlayn qoşulublar.

Qeyd edək ki, 2027-ci ildə keçiriləcək buraxılış və qəbul imtahanlarının proqramları sentyabr ayında DİM-in rəsmi internet səhifəsində yerləşdirilib.

Elmi-metodik seminarlarda proqramlar yenidən nəzərdən keçirilir, təkliflər müzakirə olunur və zəruri düzəlişlər edilir.

DİM-in məlumatına görə, 2027-ci il qəbul imtahanlarında 2026-cı ildə tətbiq olunan imtahan modelinin saxlanılması nəzərdə tutulur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin