Moldova rusiyalı diplomatı ölkədən çıxarır - SƏBƏB

Hazırda oxunan: Moldova rusiyalı diplomatı ölkədən çıxarır - SƏBƏB

643919

Moldova ərazisinə pilotsuz uçuş aparatının düşməsi ilə əlaqədar rusiyalı diplomatın ölkədən çıxarılmasına qərar verilib.

Bizim.Media xəbər verir ki, buna səbəb Moldova ərazisində yerləşən Kiştelniça kəndində pilotsuz uçuş aparatının düşməsi olub.

Moldovanın Xarici İşlər Nazirliyi insidentlə bağlı açıqlamasında ölkənin hava məkanının pozulmasını qətiyyətlə pisləyib.
 

“Xarici İşlər Nazirliyi Moldova Respublikasının hava məkanının pozulmasını və Teleneşt rayonunun Kiştelniça kəndində baş verən hadisəni qətiyyətlə pisləyir. Partlayıcı maddə daşıyan pilotsuz uçuş aparatı yaşayış evindən təxminən 100 metr məsafəyə düşüb”, – deyə qurumun bəyanatında bildirilib.


Moldova Polis Baş Müfəttişliyinin ilkin məlumatına görə, hadisə zamanı partlayış baş verməyib və xəsarət alan olmayıb.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin