Qitələrarası Kubokunun finalının tarixi və yeri AÇIQLANDI

Hazırda oxunan: Qitələrarası Kubokunun finalının tarixi və yeri AÇIQLANDI

643915

FİFA Qitələrarası Kubokunun final matçının keçiriləcəyi tarix və stadion müəyyənləşib.

Bizim.Media xəbər verir ki, həlledici qarşılaşma dekabrın 16-da Qətərin Ər-Rayyan şəhərində yerləşən “Əhməd bin Əli” stadionunda keçiriləcək.

Bu barədə PSJ-nin rəsmi saytı məlumat yayıb.

Final mərhələsində Fransanın PSJ, Meksikanın “Toluka”, Cənubi Afrikanın “Mamelodi Sandaunz” komandalarının iştirakı dəqiqləşib.

Sonuncu kollektiv isə Libertadores Kubokunun qalibi olacaq. Burada isə “Estudiantes” ilə “Palmeyras” üz-üzə gələcək.

Qeyd edək ki, PSJ 2025-ci ildə keçirilən Qitələrarası Kubokunun finalında Braziliyanın “Flamenqo” klubunu penaltilər seriyasında məğlub edərək (1:1, penaltilərlə 2:1) titulu qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin