Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi ölkənin ikinci prezidenti Robert Koçaryanın həbs müddətini daha iki ay uzadıb.
Bizim.Media xəbər verir ki, hakim Aram Qriqoryan prokuror Tsovak Mnatsakanyanın vəsatətini təmin edib. Prokuror sabiq prezident azadlığa buraxılacağı təqdirdə ibtidai istintaqa mane ola biləcəyi riskini əsas gətirərək həbs müddətinin uzadılmasını istəyib.
Bundan əvvəl Robert Koçaryanın vəkili Aram Orbelyan jurnalistlərə açıqlamasında həbs müddətinin uzadılması üçün heç bir əsas görmədiklərini və müvafiq vəsatətin rədd olunacağına ümid etdiklərini bildirib.
Qeyd edək ki, 2026-cı ilin avqustunda Ermənistan Baş Prokurorluğu Robert Koçaryan barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və çirkli pulların yuyulması ilə bağlı doqquz epizod üzrə cinayət təqibinə başlayıb. Avqustun 27-də məhkəmə onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.
Bizim.Media




























































































