Tramp Maskı MÜDAFİƏ ETDİ: “İlon heç vaxt pis bir iş görməz”

Hazırda oxunan: Tramp Maskı MÜDAFİƏ ETDİ: “İlon heç vaxt pis bir iş görməz”

643894

ABŞ Prezidenti Donald Tramp İlon Maskın Rusiya ilə Ukrayna arasındakı müharibənin gedişinə təsiri ilə bağlı sualı cavablandırıb.

Bizim.Media xəbər verir ki, jurnalistlər Trampdan dünyanın ən varlı insanının müharibənin gedişinə bu qədər böyük təsir imkanlarına malik olmasını düzgün hesab edib-etmədiyini soruşublar.

“Belə düşünmürəm. Hər şeydən əvvəl, o, çox yaxşı insandır. Heç vaxt pis qərar verməz. İlon heç vaxt pis bir iş görməz”, – deyə Tramp bildirib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin