Naxçıvan Muxtar Respublikası (MR) Şərur rayonunda soyuducu anbarda bədbəxt hadisə baş verib.
Bizim.Media “Report.az”a istinadla xəbər verir ki, hadisə rayonun İbadulla kəndində qeydə alınıb.
Məlumata görə, kənddəki soyuducu anbardakı yük rəfləri aşıb və iki nəfər kartof yüklərinin altında qalıb.
Hadisə nəticəsində 1963-cü il təvəllüdlü Rüqayyə Nurəli qızı Məmmədova ölüb, Səidə Əsgər qızı Zamanova (1976) isə xəsarət alıb.
O, Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.
Bizim.Media






























































































